Türkiyə 2026-cı ilə qədər qaza olan tələbatının 30%-ini Qara dənizdəki yataqlar hesabına ödəmək niyyətindədir.
Yenisabah.az "TRT Haber"ə istinadla xəbər verir ki, illik təbii qaz istehlakı 55-60 milyard kubmetrdir. Məqsəd 2026-cı ilə qədər istehlak olunan qazın 30%-ini Qara dəniz yatağının hesabına təmin etməkdir. Bunun xarici enerji daşıyıcılarından asılılığı əhəmiyyətli dərəcədə azaldacağı gözlənilir.
2020-ci ildə Qara dənizdə Türkiyə sahillərində böyük qaz yatağı aşkar edilib və onun həcmi 540 milyard kubmetr qiymətləndirilir. Rəcəb Tayyib Ərdoğan onu ölkədəki ən böyük yataq adlandırıb. pizza
O, həmçinin Qara dənizdə həcmi 58 milyard kubmetr olan qaz yatağının aşkar edildiyini, Qara dəniz qazının ümumi ehtiyatlarının 710 milyard kubmetrə çatdığını və beynəlxalq bazarlarda 1 trilyon dollara “bahası” olduğunu da bildirib.
Təbii qaz aprelin 20-də milli paylama sisteminə axmağa başlayacaq.
Telegram kanalımız