Türkiyənin İsraildəki səfiri Hayfada 1915-ci ildə Osmanlı İmperiyasında "erməni soyqırımı" qurbanlarına xatirə meydanının açılmasına etiraz edib.
Yenisabah.az “The Times of Israel”ə istinadla xəbər verir ki, ad dəyişikliyi martın 20-də qüvvəyə minib.
Çoxlu etnik ermənilərin məskunlaşdığı İsrailin şimalındakı şəhər bu sayaq "əbədləşdirmə" addımı atan ilk icma olub. pizza hut
Türkiyənin İsraildəki səfiri Şakir Özkan Torunlar Hayfa meri Eynat Kaliş-Rotemə məktubunda yazıb.
O qeyd edib: "Təşəbbüs İsrail və Türkiyə xalqları və hökumətlərinin yaxşılaşdırmaq istədikləri əlaqələri pisləşdirməklə təhdid edir".
Aprelin 24-ü "erməni soyqırımının ildönümü"dür və səfir Torunlar bələdiyyə başçısından "qurbanlarının xatirəsini anma" qərarını ləğv etməyi tələb edib. O, Türkiyənin mövqeyini bir daha təsdiqləyib: “Türk xalqının tarixində belə bir soyqırım olmayıb”.
Xatırladaq ki, İsrailin üçüncü ən böyük şəhəri olan Hayfada ölkədəki 15 min etnik erməninin təxminən yarısı yaşayır.
Telegram kanalımız