Türkiyə və Misir səfir mübadiləsi etdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə və Misir səfir mübadiləsi etdi

Dünya

04 İyul 2023 12:32 946


Türkiyə və Misir diplomatik əlaqələri son 10 ildə ilk dəfə olaraq səfirlər səviyyəsinə yüksəldiblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Türkiyənin Misirdəki yeni səfiri ölkənin İslam Əməkdaşlıq Təşkilatındakı keçmiş nümayəndəsi Salih Mutlu Şen təyin edilib. Misir tərəfi Əmr əl-Hamaminin Ankaraya səfir təyin edilməsini təklif edib. Dördpendirli pizza

Xatırladaq ki, mayın sonunda Türkiyə və Misir prezidentləri Rəcəb Tayyib Ərdoğan və Əbdülfəttah əs-Sisi səfirlərin mübadiləsi barədə razılığa gəliblər.

Ankara ilə Qahirə arasında münasibətlər 2013-cü ilin iyulunda Misirdə baş verən hərbi çevrilişdən sonra pisləşib. Daha sonra Türkiyə və Misir səfirlərini geri çağırıb. 2013-cü ilin noyabrında Qahirə Türkiyə səfirini “persona non qrata” elan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!