Türkiyədə 7,8 bal gücündə zəlzələ nəticəsində 7 əyalətdə azı 76 nəfər həlak olub. Suriyada isə ümumən ən azı 119 nəfər yeraltı təkanların qurbanı olub.
Yenisabah.az "INterfax"a istinadla xəbər verir ki, Suriyada ölənlərin sayı ilə bağlı məlumatı hökumətin nəzarətində olan ərazilərdə əldə edilib - 99 nəfər. Səhiyyə Nazirliyi daha 20 nəfərin üsyançıların nəzarətində olan ərazilərdə həlak olduğunu bildirib.
Türkiyədə isə 440 nəfər yaralanıb. Suriyada - 334. pizza hut
Bazar ertəsi səhər Türkiyənin cənubunda 7,8 bal gücündə zəlzələ baş verib və güclü afterşoklarla müşayiət olunub. ABŞ Geoloji Xidmətinin məlumatına görə, ilk təkanların episentri 18 km dərinlikdə, Qaziantep şəhərindən təqribən 33 kilometr, Nurdağı şəhərindən 26 kilometr və Suriya sərhədindən 90 kilometr aralıda, hətta Misirdə yerin təkanları hiss olunub. .
Türkiyədə zəlzələ 9 əyalətdə evləri uçurub. Qəhrəmanmaraş, Qaziantep, Diyarbəkir, Malatya və Adana əyalətləri daha çox zərər çəkib.
Telegram kanalımız