Türkiyə yenidən silkələndi: Gecə yarısı baş verən zəlzələ təşviş yaratdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə yenidən silkələndi: Gecə yarısı baş verən zəlzələ təşviş yaratdı

Hadisə

13 İyun 2026 09:23 515


Türkiyənin Qaziantep vilayətində 4,6 bal gücündə zəlzələ qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri Qaziantepin Nurdağı rayonu olub. Yeraltı təkanlar yerli vaxtla saat 00:08-də qeydə alınıb.

AFAD-ın açıqlamasında bildirilib ki, zəlzələ 7,01 kilometr dərinlikdə baş verib. Marqarita pizza

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi zəlzələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Nazir bildirib ki, yeraltı təkanlar təkcə Qaziantepdə deyil, həmçinin Kahramanmaraş, Kilis, Osmaniye və Hatay vilayətlərində də hiss olunub.

“Zəlzələdən sonra hazırda hər hansı mənfi hal qeydə alınmayıb. Qruplarımız ərazilərdə araşdırmalarını davam etdirir. Zərərçəkən vətəndaşlarımıza keçmiş olsun diləyirəm. Allah ölkəmizi və millətimizi fəlakətlərdən qorusun”, – deyə o qeyd edib.

AFAD da zəlzələdən sonra vəziyyətlə bağlı açıqlama yayıb. Qurumun məlumatında qeyd olunub ki, hazırkı mərhələdə dağıntı, insan itkisi və ya digər mənfi hallar barədə məlumat daxil olmayıb.

“Qaziantepin Nurdağı rayonunda baş verən və bir sıra vilayətlərdə hiss olunan 4,6 bal gücündə zəlzələdən sonra hazırda hər hansı mənfi vəziyyət qeydə alınmayıb. Ərazilərdə monitorinq və araşdırma işləri davam etdirilir”, – məlumatda bildirilib.

AFAD zəlzələdən təsirlənən vətəndaşlara keçmiş olsun diləklərini çatdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!