Bu gün Türkiyənin iki ayrı şəhərində müxtəlif vaxtlarda baş vermiş yol qəzalarında ümumilikdə 7 nəfər ölüb, 30 nəfər yaralanıb.
Yenisabh.az xəbər verir ki, hadisələrdən biri Kırşehir əyalətinin Akpinar rayonunda baş verib. Yolların buz bağlaması və havanın dumanlı olması ucbatından zəncirvari yol qəzası olub. Nəticədə 2 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.
Digər yol qəzası səhər saatlarında Diyarbakır şəhərində - Diyarbakır-Silvan avtomobil yolunun Bağdərə hissəsində baş verib. Konyadan-İğdır istiqamətində hərəkət edən sərnişin avtobusunun aşması nəticəsində biri körpə olmaqla 5 nəfər ölüb, 23 nəfər isə yaralanıb. pizza
Telegram kanalımız