Türkiyədə bir gündə 15 nəfər öldü
26 Mart 2020 08:43
192

Türkiyədə bir gündə 15 nəfər öldü

Türkiyədə son 24 saat ərzində 561 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca öz sosial media hesabında məlumat verib.

O bildirib ki, son sutka ərzində 15 nəfər bu səbəbdən vəfat edib. Bununla da Türkiyədə koronavirus səbəbindən ölənlərin sayı 59-a çatıb.

Oxşar xəbərlər