Türkiyədə dəhşətli terror: 8 polis əməkdaşı...

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə dəhşətli terror: 8 polis əməkdaşı...

Dünya

16 Dekabr 2022 09:18 997


Dekabrın 16-da yerli vaxtla saat 04:30 radələrində Türkiyənin cənub-şərqindəki Diyarbəkir vilayətində bomba yüklü avtomobil partladılıb.

Yenisabah.az NTV telekanalına istinadla xəbər verir ki, hadisə polisin xüsusi təyinatlı dəstəsini daşıyan xidməti avtobus hərəkət etdiyi Diyarbəkirin girişində baş verib.

Polis maşını Diyarbəkir-Mardin magistral yolu ilə hərəkət edərkən uzaqdan idarə olunan qurğunun köməyi ilə yol kənarında park edilmiş avtomobildə partlayıcı qurğu işə salınıb. Hadisə yerinə əlavə təhlükəsizlik qüvvələri cəlb edilib. Sezar pizza

Partlayış nəticəsində azı 8 polis əməkdaşı yaralanıb. Yaralılar yerli xəstəxanalara çatdırılıb.

Partlayış ərazisi bloklanıb, antiterror əməliyyatı aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!