Türkiyədə olan suriyalıların sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə olan suriyalıların sayı açıqlandı

Dünya

23 May 2023 14:15 677


“Türkiyədə müvəqqəti məskunlaşan 3 381 429 suriyalı var”.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, hazırda Suriyanın 16 500 000-17 000 000 əhalisi var: “Türkiyə ilə sərhəddə 6 000 000 suriyalı yerləşib. Bəşər Əsəd rejiminin nəzarəti altında olan bölgələrdə isə 10 000 000 nəfər var”. Marqarita pizza

Nazir qeyd edib ki, dünya Suriya ilə bağlı humanitar məsələyə bu rəqəmlərə əsasən baxır: “Yunanıstana 1 200 000 qaçqın köç edib. Onların 500 minini təsbit etmişik. Türkiyədə hazırda 3 381 420 suriyalı qaçqın var”.

Xatırladaq ki, Cümhuriyyət Xalq Partiyasının sədri, “Millət” ittifaqının prezidentliyə namizədi Kamal Kılıcdaroğlu Türkiyədə 10 000 000 suriyalının olduğunu iddia edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!