Türkiyədə partlayış baş verdi
26 Okt 2020 23:09
753

Türkiyədə partlayış baş verdi

Türkiyənin Hatay bölgəsinin İskenderun rayonunda partlayış baş verib.

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, əraziyə çoxlu sayda təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadaları cəlb olunub.

Hatay valisi Rahmi Doğan “Twitter” hesabından partlayışla bağlı qeyd edib:

“Təhlükəsizlik orqanlarının Payas yoxlama məntəqəsində şübhələndiyi iki terrorçudan biri İskenderunda zərərsizləşdirilib və bu zaman partlayış meydan gəlib”.

Vali partlayış zamanı insan itkisinin olmadığını da əlavə edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər