Türkiyədə sel nəticəsində ölənlərin sayı artdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə sel nəticəsində ölənlərin sayı artdı

Rəsmi

14 Avqust 2021 09:55 889


Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 38-ə çatıb.

Yenisabah.az xəbər verir ki, bu haqda Türkiyənin səhiyyə naziri Fahrettin Koca şəxsi “Twitter” səhifəsində yazıb.

O bildirib ki, Kastamonuda 32, Sinopda 6 nəfər həyatını itirib. pizza

Nazirin sözlərinə görə, təbii fəlakətin təsirinə məruz qalan Sinop vilayətinin Ayancık rayonundakı dövlət xəstəxanasındakı 56 xəstənin 38-si Sinop şəhər xəstəxanasına, digərləri evlərinə köçürülüb.

Xatırladaq ki, Kastamonu vilayətinin Ayancık Dövlət Xəstəxanasının binası qəzalı vəziyyətə düşüb. Zərər çəkən ərazilərdən əhali evakuasiya edilərək tələbə yataqxanalarına yerləşdirilib.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!