Türkiyədə terror təhlükəsi - ABŞ xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə terror təhlükəsi - ABŞ xəbərdarlıq etdi

Dünya

30 Yanvar 2023 11:59 718


ABŞ-ın Türkiyədəki səfirliyi terror təhlükəsi ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib. 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfirlik ABŞ vətəndaşlarına diqqətli olmağı tövsiyə edib. 

"ABŞ hökuməti vətəndaşlarına Qərb ölkələri vətəndaşlarının tez-tez baş çəkdiyi İstanbuldakı və ya digər yerlərdəki kilsələrə, sinaqoqlara, diplomatik missiyalara ehtimal olunan terror hücumları ilə bağlı xəbərdarlıq edir. Xüsusən, İstanbulun Beyoğlu, Qalata, Taksim və İstiklal bölgələrində", - deyə xəbərdarlıqda qeyd olunub.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!