Türkiyədə xaricə qaçan 7 FETÖ şübhəlisi saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə xaricə qaçan 7 FETÖ şübhəlisi saxlanıldı

Dünya

10 Sentyabr 2026 22:17 127


Türkiyənin Muğla vilayətində xaricə qaçmağa cəhd edən 9 "Fətullahçı" Terror Təşkilatı (FETÖ) şübhəlisindən 7-si həbs edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, onlar Sahil Mühafizəsi Komandanlığının əməkdaşları tərəfindən saxlanılıb. Toyuqlu pizza

Əməliyyat zamanı qayıqda 40 080 avro, 200 ABŞ dolları, 4 752 türk lirəsi və 3 saxta Belçika şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülüb, qayıq isə müsadirə edilib.

Muğla Baş Prokurorluğunun məlumatına görə, FETÖ üzvlüyü ilə bağlı barələrində araşdırma aparılan və işləri apellyasiya mərhələsində olan şəxslərin ölkədən qaçmağa hazırlaşdıqları müəyyən edilib.

"Qayıq saxlanıldıqdan sonra FETÖ-yə üzvlükdə şübhəli bilinən 9 nəfərdən 7-si də həbs edilib, 2 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb", - məlumatda qeyd olunub./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!