Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı açıqlandı

Dünya

11 Mart 2023 20:22 809


Türkiyədə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 47 975 nəfərə çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer məlumat verib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Marqarita pizza

Qeyd edək ki, bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!