Türkiyənin Elazığ vilayətində 4,9 bal gücündə zəlzələ baş verib.
Yenisabah.az “Anadolu” xəbər verir ki, bu barədə Türkiyə hökuməti yanında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması idarəsinin (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 06:36-da qeydə alınıb. Dominos pizza
Zəlzələnin episentri Sivrice bölgəsində yerləşib. Mənbə 17,9 km dərinlikdə yerləşirdi.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Elazığ Türkiyənin şərqində, Şərqi Anadoluda bir şəhər və rayondur.
Telegram kanalımız