Türkiyədə zəlzələ oldu
04 Apr 2020 09:47
96

Türkiyədə zəlzələ oldu

Türkiyədə növbəti dəfə təbiət hadisəsi qeydə alınıb. Osmaniyə bölgəsində 3.5 bal gücündə zəlzələ olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Kandilli Rəsədxanası məlumat yayıb. Məlumata görə, zəlzələ gecə saat 04:12 radələrində yer səthindən 5 kilometr dərinlikdə baş verib. İlkin xəbərlərə görə, dağıntı və tələfat yoxdur,lakin zəlzələ bir qədər narahatlığa səbəb olub. 

Qeyd edək ki, zəlzələ Kahramanmaraşda da hiss edilib. 

 

 

Oxşar xəbərlər