Türkiyədən Rusiyaya uçuşlar dayandırıldı
15 Apr 2021 12:36
268

Türkiyədən Rusiyaya uçuşlar dayandırıldı

Türkiyənin "Türk Hava Yolları" (THY) aviaşirkəti aprelin 15-dən başlayaraq Rusiyaya uçuşları dayandırır.

Yenisabah.az-ın məlumatına görə, məhdudiyyət iyunun 1-dək qüvvədə qalacaq.

Aviaşirkətin məlumatında qeyd olunur ki, iki ölkə arasında aviareyslər qarşılıqlı şəkildə məhdudlaşdırılır.

Bu müddət ərzində Rusiya və Türkiyə arasında həftədə iki dəfə xüsusi icazəli uçuşlar həyata keçiriləcək.

Xatırladaq ki, bu gündən etibarən Rusiya da Türkiyəyə uçuşları məhdudlaşdırdığını elan edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər