Türkiyəli iş adamı Azərbaycan yol polisindən görün nə yazdı -  Foto
15 Dek 2019 21:30
5951

Türkiyəli iş adamı Azərbaycan yol polisindən görün nə yazdı - Foto

Azərbaycanda yaşayan Türkiyəli iş adamı Yusuf Ziya Dəmir yol polisinə təşəkkür edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə o, öz “Facebook” hesabında yazıb. Yusuf bəy deyir ki, Bakıdan İsmayıllı-Gəncə-Qazax istiqamətində səyahət edərkən çətin anlar yaşayıb.

“İsmayıllıda bir az qar var idi, havanın temperaturu -1 dərəcəydi, axşam 23.00-a yaxın idi. Maşınımın təkəri boşalmışdı. Ehtiyat təkəri dəyişmək istəyirdim.

Bu zaman qan təzyiqimin yüksəldiyini hiss etdim və bir az düşməyini gözlədim. Həmin baxt ərazidə xidmət aparan bir yol polisi mənə yaxınlaşıb problemin nə olduğunu soruşdu.

Təkəri dəyişdirməli olduğumu, amma təzyiqim olduğu üçün dəyişə bilməyəcəyimi dedim. Yol polisi təkəri dəyişdirməyimə kömək etdi.

Hətta məni xəstəxanaya aparmaq istədi, amma özüm gedəcəyimi söylədim və həmin polis qardaşımın telefon nömrəsi, adı və soyadı qeyd eddim. Təşəkkür edərək yolumda davam etdim”. /avtosfer.az



Oxşar xəbərlər