Türkiyəyə qarşı xain plan
10 Okt 2020 19:39
2013

Türkiyəyə qarşı xain plan

İdlibin cənubunda Bəşər Əsəd rejiminin yeni bir kimyəvi hücum hazırladığı iddia edilib. Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, gecənin qaranlığından istifadə edən rejim qüvvələri bölgəyə zəhərli qaz daşıyıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.

Əsəd rejiminin yüksək rütbəli rəsmisi İdlibin cənubunda kimyəvi silahdan istifadə edilməklə təxribatlar hazırladığını, bunun məsuliyyətini Türkiyənin üzərinə atmağı planlaşdırdığını söyləyib.

Əsəd rejimi Suriyada vətəndaş müharibəsinin başlamasından bəri 217 dəfə kimyəvi silahlarla hücum edib. Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının Suriya rəhbərliyinin bütün kimyəvi silahlarını məhv etməsi iddialarına baxmayaraq, 2012-ci ildə Homsa ilk hücumunu həyata keçirən Əsəd rejimi son belə bir addımı Latakiyada da atıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər