Xəbər verdiyimiz kimi, Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım bu gün dünyasını dəyişib.
“Yeni Sabah” xəbər verir ki, Həlimə xanımın qardaşı Mirmövsüm Mahmudov Modern.az-a açıqlamasında bacısının 3 ay idi ki, Türkiyədə müalicə olunduğunu deyib:
“Bacım Həlimənin 3 ay bundan qabaq səhhətində problem yaranmışdı. O qədər də ciddi problem deyildi. Türkiyədə müalicə almasını məsləhət gördük. Hər şey yaxşı gedirdi. Qəfil ölüm xəbərini aldıq”. pizza
Mirmövsüm Mahmudov bildirib ki, bacısının cənazəsini Bakıya gətirməyə hazırlaşırlar:
“Güman ki, bacımı Bakı qəbiristanlığında dəfn edəcəyik”.
Elçibəyin qaynının sözlərinə görə, bacısı son vaxtlar tez-tez mərhum həyat yoldaşı ilə bağlı xatirələrindən də danışırmış.
Telegram kanalımız