“Bu uşağın cəzalandırılmaması göstərir ki...” - Sərdar Cəlaloğludan   SENSASİON AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Bu uşağın cəzalandırılmaması göstərir ki...” - Sərdar Cəlaloğludan SENSASİON AÇIQLAMA

Sosial

10 İyul 2022 15:18 64491


"Mən bu Zaurun heç bir verilişinə baxmıram. Sadəcə internetdə maraqlandım görüm, Afşin Azəri ilə onun arasındakı məsələ ilə bağlı ictimai rəy necədir? Hamı Zaur Kamalı təhqir edir, alçaldır, onun doğurdan da tərbiyəsiz olduğunu, digər adamlara qarşı da ekranda özünü apara bilməməsi ilə bağlı rəylər yazır".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu qeyd edib. 

"5il ərzində Zaurun 5 verilişinin toplam baxış sayı 500 minə yaxın olub. Afşin Azərinin "Dilbər" mahnısına isə bir il ərzində 14 milyon baxış olub. O Azərbaycanda kifayət qədər tanınmış bir adamdır. Qeyri-adi gözəl səsi var. Cənubi Azərbaycan türkləri arasında müğənnilərin yetişməsində, tanınmasında rolu var. Millətinə, xalqına bağlı olan bir adamdır.  pizza

Zaur Kamal Afşin Azəriyə iranlı deyə müraciət edir. Əgər belədirsə, sən də gürcüstanlısan. Nəyə görə müğənninin yaşadığı yeri əsas götürüb onun milli kimliyini, türkçülüyünü arxa plana atırsan. Belə deyirsənsə, sən də bizim üçün yad bir adamsan. Bu cür adamların Azərbaycan televiziyalarında uzun müddət fəaliyyət göstərməsi Azərbaycan xalqının faciəsidir". 

Sərdar Cəlaloğlu bu hadisəni siyasi sifariş adlandırıb:

"Cənubi Azərbaycanda bu məsələ ilə bağlı ciddi etirazlar var. Mən bunu siyasi sifariş kimi qəbul edirəm. Belə bir həssas dövrdə Cənubi Azərbaycan türklərini özümüzdən narazı salmaq, incitmək nə deməkdir?

Sən kimsən ki, Azərbaycan xalqının maraqlarına bu qədər zidd mövqe nümayiş etdirirsən? Bu adam haqqında çox ciddi tədbir görülməlidir. Bu uşağın cəzalandırılmaması sübut edir ki, bu siyasi sifarişdir və bir nöqtədən idarə olunur. Burada məqsəd Şimali və Cənubi Azərbaycan türklərinin arasını vurmaq, intriqa yaratmaqdır. Çox təəssüf ki, müəyyən mənada buna da nail olublar". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!