Ukrayna 978 hərbi əsirini geri qaytarıb

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna 978 hərbi əsirini geri qaytarıb

Dünya

27 Oktyabr 2022 15:29 745


“Fevralın 24-dən başlayan genişmiqyaslı müharibədən indiyə qədər Ukrayna 978 hərbi əsirini geri qaytara bilib”. 

Yenisabah.az “UNIAN”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) sözçüsü Artem Dextyarenko jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

“Müntəzəm 28-ci hərbi əsir mübadiləsi zamanı Ukrayna Silahlı Qüvvələrinin (ZSU) daha 10 əsgərini vətənə qaytarmaq mümkün olub. Beləliklə, fevralın 24-dən etibarən, Birləşmiş Əsirlərin Axtarış və Azad Mərkəzi Təhlükəsizlik Xidmətinin iştirakı ilə Ukrayna Müdafiə Nazirliyi və digər strukturların ümumilikdə 978 müdafiəçisi geri qaytarılıb”, - Dextyarenko bildirib. Sezar pizza

Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar da öz növbəsində, qeyd edib ki, bu insanlar arasında 99 nəfəri mülki şəxsdir.

“Yerdə qalan digər hərbi əsirlərimizin azad edilməsi və dəyişdirilməsi ilə bağlı danışıqlar davam edir” - deyə o, “Facebook” səhifəsində yazıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!