Ukrayna Azərbaycanla əməkdaşlığı təhlükəsizlik strategiyasına daxil etdi
15 Sen 2020 23:18
294

Ukrayna Azərbaycanla əməkdaşlığı təhlükəsizlik strategiyasına daxil etdi

Ukrayna regional təhlükəsizliyin gücləndirilməsi üçün bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla strateji əməkdaşlığı inkişaf etdirəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Zelenski tərəfindən təsdiq edilmiş "Ukraynanın milli təhlükəsizlik strategiyası Haqqında" sənəddə deyilir.

"Öz milli maraqlarını qorumaq və Ukraynanın regional təhlükəsizliyini gücləndirmək üçün Azərbaycan Respublikası, Gürcüstan, Litva Respublikası, Polşa Respublikası, Türkiyə Respublikası ilə strateji tərəfdaşlıq inkişaf etdirilməlidir", - sənəddə deyilir.

Sənəddə vurğulanır ki, “dövlətin xarici siyasəti ilk növbədə müstəqilliyin və dövlət suverenliyinin təmin edilməsinə, Ukraynanın ərazi bütövlüyünün bərpasına yönəldilib”.

Ukraynanın milli təhlükəsizlik strategiyası və müdafiəsi ölkə Prezidentinin tapşırığı ilə hazırlanıb. O, milli təhlükəsizlik sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edir.  /Report

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər