Mayın 30-da səhər saatlarında Moskva vilayətində bir neçə dron vurulub.
Yenisabah.az xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov "Telegram"-da məlumat yayıb.
"Bu səhər Moskva vilayətinin bəzi rayonlarının sakinləri partlayış səslərini eşidiblər - bu, bizim hava hücumundan müdafiə sistemimizdir. Moskvaya yaxınlaşarkən bir neçə pilotsuz təyyarə vurulub", - deyə o yazıb və bölgə sakinlərini sakit olmağa çağırıb. Pepperoni pizza
"Bütün fövqəladə xidmətlər işləyir. Biz sizi məlumatlandıracağıq", - deyə Vorobyov əlavə edib.
Səhər tezdən və Moskvada PUA-lar bir neçə binaya hücum edib. Paytaxt meri Sergey Sobyaninin sözlərinə görə, ciddi xəsarət alan olmayıb. Fövqəladə hallar xidmətlərinin işi zamanı iki yaşayış binasından bir neçə girişin sakinləri təxliyə edilib.
Telegram kanalımız