Ukrayna İran səfirini ölkədən qovdu

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna İran səfirini ölkədən qovdu

Dünya

24 Sentyabr 2022 09:03 1120


Sentyabrın 23-də İran İslam Respublikasının müvəqqəti işlər vəkili Ukraynadakı İran Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb, səfir akkreditasiyasından məhrum edilib.

Bu barədə Ukrayna XİN məlumat yayıb.

“İran tərəfinə bildirilib ki, Rusiya qoşunlarının Ukraynanın mülki əhalisinə və müdafiə qüvvələrinə qarşı istifadəsi üçün Rusiyaya İran silahlarının tədarükü İranın ali rəhbərliyin açıq şəkildə bəyan etdiyi neytrallıq, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət mövqeyinə birbaşa ziddir. Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiyaya silah tədarükü Ukrayna ilə İran arasında münasibətlərə ciddi zərbə vuran qeyri-dost hərəkətdir. Dominos pizza

Bu cür qeyri-dost hərəkətə cavab olaraq Ukrayna tərəfi İran səfirini akkreditasiyadan məhrum etmək, həmçinin İranın Kiyevdəki səfirliyinin diplomatik işçilərinin sayını xeyli azaltmaq qərarına gəlib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu yaxınlarda Ukrayna Silahlı Qüvvələri Ukraynada İrana məxsus “Mohajer-6” hücum pilotsuz təyyarəsini vurub.

Bundan əvvəl Ukrayna hərbçiləri İran istehsalı olan “Şahed-136” kamikadze-dronlarını vurub. Yenidən rənglənmiş və adı dəyişdirilərək “Geran-2” olan “Şahed-136” PUA-ları getdikcə daha çox Ukraynanın zirehli və artilleriya maşınlarının mövqelərinin yaxınlığında aşkar edilir.   \Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!