Ukrayna ordusu İran PUA-larını bir-bir dənləyir

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna ordusu İran PUA-larını bir-bir dənləyir

Dünya

01 Yanvar 2023 11:57 714


Yeni il gecəsi Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiyaya məxsusu 45 pilotsuz təyyarəni (PUA) məhv edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri bildirib.

“2023-cü il dekabrın 31-dən yanvarın 1-nə keçən gecə rus işğalçıları İran istehsalı olan “Shahed-131/136” kamikadze pilotsuz uçan aparatları ilə Ukraynaya hücum ediblər”, - məlumatda deyilir. Sezar pizza

Qeyd olunur ki, Hərbi Hava Qüvvələrinin apardığı döyüş işi nəticəsində 45 hücum pilotsuz uçuş aparatı məhv edilib.

"Onlardan 13-ü 2022-ci ildə, 32-si 2023-cü ildə məhv edilib. Düşmən ukraynalıların bayramını korlaya bilmədi", - xəbərdə qeyd olunur.

Məlumata görə, ruslar 2022-ci il dekabrın 31-də günortadan sonra Ukraynaya növbəti raket hücumu həyata keçirib.

Nikolayevə hücum nəticəsində 7 nəfər yaralanıb.

Partlayış səsləri Kiyevdə də eşidilib. Paytaxt meri Vitali Kliçko bildirib ki, Rusiyanın paytaxtdakı mülki obyektlərə hücumu nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb. 14 nəfər xəstəxanaya yerləşdirilib, 6 həkim hadisə yerində yardım göstərib.

Gün ərzində baş verən kütləvi raket zərbəsindən sonra Rusiya Ukrayna ərazisinə kamikadze pilotsuz təyyarələri buraxıb. Dekabrın 31-i axşam saatlarında, Yeni ilə bir neçə saat qalmış Rusiya Federasiyası kamikadze pilotsuz təyyarələrlə Ukraynanın cənubuna hücum edib.

2023-cü il yanvarın 1-nə keçən gecə bütün Ukraynada hava xəbərdarlığı elan edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!