Rusiyaya qarşı xüsusi planları ilə dünya hərbi tarixinə adını yazdırmış Ukrayna ordusunun Baş Qərargah rəisi Valeri Zalujnının yaralanması və ölümü ilə bağlı iddialar güclənməkdədir.
Yenisabah.az xəbər verir ki, mayın 10-dan sonra Zalujni heç bir mərasimdə görülməyib.
O hətta NATO rəsmiləri və ABŞ Birləşmiş Qərargahlar rəisi Milleylə görüşlərdə iştirak etməyib. Ukrayna tərəfi onun ölümünü təkzib etsə də, Zalujnının fiziki görüntüsü və şəxsən təkzibi hələ də yoxdur. Toyuqlu pizza
Buna qədər “Wagner” lideri Priqojin və Rusiya Xarici Kəşfiyyat Xidməti rəhbəri Sergey Narişkin Zalujni barədə müxtəlif informasiyalara malik olduqlarını qeyd ediblər, lakin bu məlumatların heç biri təsdiqini tapmayıb.
Telegram kanalımız