Ukrayna parçalanır, Zelenski ölkədən qaçır...   - Şok proqnoz

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna parçalanır, Zelenski ölkədən qaçır... - Şok proqnoz

Siyasət

17 Fevral 2025 20:55 2992


Rusiya və ABŞ rəsmilərinin Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı danışıqlara 17 fevraldan başlayacaqları gözlənilir.

Yenisabah.az xəbər verir ki, gözlənilən danışıqlar və ABŞ və Rusiya liderləri Tramp və Putinin görüşünə hazırlıq getdiyi məqamda erməni politoloq Vaan Babayan qəribə iddia ilə çıxış edib.

O bildirib ki, yaxın bir neçə ay ərzində Ukrayna ərazisinin təxminən 30%-ni “rəsmən” itirəcək.

“Bu qədər qurban, məhv olunmuş iqtisadiyyat… Bütün ssenari belə yazılmışdı. Putin və Tramp Ukraynanı parçalayacaq. Bu, qaranlıq xarici qüvvələrin əlində oyuncağa çevrilən dövlətlərin başına gələn ən yaxşı nümunədir. Zelenski isə qaçacaq - əgər yanındakılar izn versə”, - o qeyd edib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!