Yandırılan məktəblinin son durumu   AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Yandırılan məktəblinin son durumu AÇIQLANDI

Sosial

28 Aprel 2026 10:57 177


Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına xəsarət yetirib. Belə ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib, müayinə və müalicə üçün səhiyyə müəssisəsinə aparılıb.

"Yeni Sabah" xəsarət alan məktəblinin son durumu barədə məlumat əldə etmək üçün TƏBİB-ə sorğu ünvanlayıb. 

Sorğuya cavab olaraq qurumdan bildirilib ki, yeniyetmənin müalicəsi Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində davam etdirilir:

"20 aprel 2026-cı il tarixində yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır olaraq qalır".

Xatırladaq ki, 2010-cu il təvəllüdlü şagird 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!