Ev sahibini şoka salan oğurluq - Kombinin...

saytların hazırlanması

Evə çatdırılma

Ev sahibini şoka salan oğurluq - Kombinin...

Kriminal

28 Aprel 2026 12:00 122


Abşeron rayonunda 40 min manatlıq oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 40 min manat dəyərində inşaat materialları, kombi aparatı və avtomobil ehtiyat hissələri oğurlanıb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı R.Mahmudov müəyyən edilərək saxlanılıb. Onun taladığı əşyaların bir qismini satdığı məlum olub.

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!