Yüksək vəzifəli şəxslər işdən azad edildi -   SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI

Sosial

28 Aprel 2026 11:51 615


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) islahatlar davam edir. 

“Yeni Sabah” xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qurumun Avtomobil Yollarının Mühafizəsi Xidmətində bir sıra yüksək vəzifəli şəxslər tutduqları vəzifələrdən azad edilib.

Belə ki, Xidmətin rəis müavinləri Həbib Əliyev və Eyyub Həsənov, Bakı və Bakı ətrafı yol mühafizəsi üzrə bölgə rəisi Coşqun Qarayev, həmin strukturun bölmə rəisi Əziz Ağayev, Nəqliyyat şöbəsinin rəisi Ramiz Nəcəfov, Əməyin mühafizəsi şöbəsinin rəisi Rauf Əliyev, 5 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Qafur Quliyev, 10 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Salman Səfətarov və Səyyar tərəzi nəzarət məntəqəsinin rəisi Mehman Həmzəyev işdən çıxarılıblar.

Məsələ ilə bağlı qurumun mətbuat xidmətinə sorğu ünvanlasaq da, münasibət bildirilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!