Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Ukrayna Rusiyaya nə qədər tez birləşərsə...” – Putinin məqsədi məlum olur
13 İyl 2021 08:37
734

“Ukrayna Rusiyaya nə qədər tez birləşərsə...” – Putinin məqsədi məlum olur

"Ukraynanın böyük hissəsi, hətta mümkündür ki, bütün ölkə gələcəkdə Rusiyanın tərkibinə daxil olsun".

Yenisabah.az xəbər verir ki, bu sözləri Qondarma Donetsk Xalq Respublikası (DXR) informasiya nazirinin birinci müavini Danil Bezsonov  telekanalların birinə müsahibə verərkən deyib.

“Gec-tez bu baş verəcək. İnanıram ki, Ukraynanın böyük hissəsi könüllü olaraq Rusiyanın bir hissəsi olacaq. Ola bilsin ki, həm də bütün Ukrayna. Və bu nə qədər tez baş versə, ukraynalılar üçün o qədər yaxşı olar”- deyə, Bezsonov bildirib.

Onun fikrincə, Qərb Ukraynaya Rusiya ilə çəkişmədə "xammal" kimi baxır. Ukrayna hakimiyyəti isə metodik olaraq, “ərazini insanlardan azad etmək” əməliyyatı həyata keçirir.

Bezsonov həm də qeyd edib ki, Qərb, o cümlədən Amerika Birləşmiş Ştatları (ABŞ) Ukraynaya görə, Rusiya ilə birbaşa münaqişəyə baş vurmaq fikrində deyil.

“Amerikalılar Rusiya ilə döyüşməyə hazılaşmırlar. Vəziyyət belədir ki, Ukrayna sadəcə bir alətdir. Amerikalıların tapşırığı belədir ki, həmin alət mümkün qədər uzun müddət Rusiyaya qarşı hansısa qıcıqlandırıcı funksiyasını yerinə yetirsin. Əlbəttə, onlar istəmirlər ki, hansısa təxribat alınsın və alət o saat yox olsun...” - deyə o, qeyd edib.

İndi isə başqa bir xəbərə diqqət yetirməyə dəyər. KİV-in yaydığı məlumata görə, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün əvvəl Ukrayna barədə (ruslar və ukraynalılar bir xalqdırlar) yazacağını vəd etdiyi məqaləni artıq dərc etdirib.

Bu, Putinin xalqlar barədə söylədiyi "uzaqgörənliyin" əslində, hansı məqsədə xidmət etdiyini ortaya qoyur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər