Ukrayna Somaliyə taxıl göndərdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Somaliyə taxıl göndərdi

Dünya

30 Dekabr 2022 13:16 712


Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak uzun müddət ərzaq böhranı ilə mübarizə aparan Somaliyə 25 min ton buğda göndərildiyini açıqlayıb.

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu haqda Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak danışıb.

Kənd təsərrüfatı proqramı çərçivəsində Somaliyə göndərilən 25 min ton buğdanın Berbera limanına çatdığını qeyd edən Yermak, əlavə edib ki, bu, Ukraynanın aclıqdan ölmək üzrə olan Afrika xalqına etdiyi yardımdır. Dominos pizza

Açıqlamada Dünya Ərzaq Proqramı (WFP) ilə əməkdaşlıq çərçivəsində göndərilən buğdanın logistik dəstəyinin Finlandiya, Yaponiya və Fransa tərəfindən qarşılandığı vurğulanıb.

Qeyd edək ki, Ukrayna sentyabr ayında Somali və Efiopiyaya 50 min ton buğda dəstəyi verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!