Ukrayna və ABŞ rəsmiləri arasında danışıqlar oldu

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna və ABŞ rəsmiləri arasında danışıqlar oldu

Dünya

02 Fevral 2023 21:49 678


Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak və Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ABŞ Prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Ceyk Sallivan və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley ilə telefon danışığı aparıblar.

Yenisabah.az xəbər verir ki, Yermak bu barədə “Telegram” kanalında yazıb.

“Biz həmsöhbətləri cəbhədəki hazırkı vəziyyət, xüsusən də Donetsk və cənub istiqamətləri barədə məlumatlandırdıq. Bundan əlavə, düşmənin yaxın gələcəkdə mümkün hərəkətləri ilə bağlı fikir mübadiləsi aparıldı. Ukraynaya güclü dəstək və müdafiə qabiliyyətimizi gücləndirməyə yardım üçün ABŞ tərəfinə təşəkkür çatdırıldı. Qarşı tərəfi əmin etdik ki, prezident Volodimir Zelenski və bütün güc rəhbərləri komandası hökumət orqanlarının korrupsiya risklərindən təmizlənməsinə hərtərəfli töhfə vermək əzmindədir”, – Yermak bildirib. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!