Ukraynada 50 minə yaxın “Vaqner”çi var - Britaniya kəşfiyyatı 

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada 50 minə yaxın “Vaqner”çi var - Britaniya kəşfiyyatı 

Dünya

20 Yanvar 2023 12:51 605


Rusiyada "PMC Wagner Center" hüquqi şəxs kimi rəsmi qeydiyyata alınıb. 

Modern.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb. 

Britaniya kəşfiyyatının məlumatına görə, yeni hüquqi şəxs 27 dekabr 2022-ci ildə qeydiyyatdan keçib. Əsas fəaliyyət istiqaməti “idarəetmə konsaltinqi”dir. Sənədlərdə heç bir şəkildə onun hərbi fəaliyyəti göstərilmir. Britaniya kəşfiyyatı hələ ki qeydiyyatdan keçmiş “PMC Wagner Center”in “Vaqner” qrupunun döyüş bölmələri ilə qarşılıqlı əlaqədə necə istifadə olunacağını bilmir. Qeyd olunur ki, Rusiya qanunları özəl hərbi şirkətlərin fəaliyyətini qadağan edir.  pizza

Britaniya kəşfiyyatının məlumatına görə, hazırda Ukraynada cəbhə bölgəsində 50 minə yaxın “Vaqner” döyüşçüsü var və onlar Yevgeni Priqojinin biznes strukturları tərəfindən korrupsiya yolu ilə maliyyələşir. 

Britaniyalı mütəxəssislərin fikrincə, qeydiyyatın məqsədi çox güman ki, Priqojinin kommersiya üstünlüyünü artırmaq və getdikcə daha çox tanınan təşkilatı qanuniləşdirməkdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!