Ukraynada bir gündə 37 nəfər koronavirusdan öldü
28 Sen 2020 12:15
185

Ukraynada bir gündə 37 nəfər koronavirusdan öldü

Ukraynada son sutka ərzində 37 nəfər koronavirus səbəbilə həyatını itirib.

Yenisabah.az xəbər verir ki, beləliklə, ölənlərin sayı 3 996 nəfərə çatıb.

Bildirək ki, Ukraynada COVID-19 diaqnozu qoyulanların sayı 2 671 nəfər artaraq 201 305-ə çatıb. Onlardan 88 453 nəfər sağalıb. Hazırda ölkədə 108 856 aktiv virus daşıyıcısı var və 177 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir. 

Qeyd edək ki, bu günədək Ukraynada  2 189 926 koronavirus testi aparılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər