“Ukraynada gedən müharibə təkcə Rusiya-Rusiya deyil, eləcə də köhnə yeni sistemin müharibəsidir. "Köhnə sistem" deyəndə SSRİ dövründən qalmış döyüşdü üsulları ilə XXI əsrin modern, daha çevik və operativ aparmaq taktikası baş-başa gəlib”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
O, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına toxunub: pizza sifarişi
"Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Zalujnı, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Kirill Budanov, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general-polkovnik Oleksandr Sırskinin timsalında aydın görürük ki, 3 cavan general ayrı-ayrı hərbi sahələrdə novatorluq edirlər. Digər tərəfdə sinəsi orden və medallarla dolu olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Baş qərargah rəisi Valeri Gerasimov durur.
Xatırladım ki, bu müharibə neçə-neçə generallar dəyişib: general-polkovnik Aleksandr Lapin, Suriyadan gətirilmiş general-polkovnik Aleksandr Dvornikov və Sergey Surovikin. Onların heç biri nəyəsə nail ola bilmədilər. Bacardıqları sıravi ukraynalıları bombalamaqdır. Habelə Mariupol, Xarkov, Kiyev və digər şəhərlərin yalnız uzaq məsafədən artilleriya ilə atəşə tutulması, aylarla Baxmutu "şumlamaları", eləcə də “Azovstal” zavodunda “Azov” batalyonuna qarşı döyüşlər”.
Hərbi ekspert düşünür ki, son günlər Ukrayna ordusu əraziləri öz nəzarətinə qaytarmağa başlayıb:
“Həm Zaporojye, həm Donetsk istiqamətində bu addımları görürük. “Kaxovka” SES-in partladılması da Ukrayna ordusunun əks-hücumunun qarşısını almayacaq. Müəyyən istiqamətlərdə ləngimələr olsa da, mənə elə gəlir ki, Ukrayna ordusu yaxın günlərdə hədəflərinə doğru sürətlə irəliləyəcək.
Volodimir Zelenskinin özü də söyləyib ki, bu film deyil ki, hansı zamanda hücuma keçəcəyimizi deyək. Bu, müharibədir və Rusiya kimi azğın bir dövlətin silahlı qüvvələri ilə aparılır”.
Ü. Cəfərov onu da əlavə edib ki, 2023-cü ildə yekunlaşacaq:
"Yəni tam sakitlik olmasa da, atışmalar Rusiyanın böyük və sarsıdıcı məğlubiyyəti ilə nəticələnəcək. Hər şey ona doğru gedir. Zelenskinin imzaladığı sənədə əsasən, Rusiyanın hazırkı rəhbərliyi ilə hər hansı təmaslar olmayacaq. Olsa belə, yalnız bir şərtlə olacaq ki, Rusiya Ukrayna ərazisindəki bütün qoşunlarını geri çəksin. Ukraynanın 1991-ci il sərhədləri bərpa olmalıdır. Yalnız o halda tərəflər hansısa bir danışığa və təmaslara keçə bilər.
Yaxın günlərdə döyüşlərin daha da şiddətlənəcəyinin və itkilərin daha ağır olacağının şahidi olacağıq. Rusiyanın itkiləri də həddən artıq çoxdur və daha da artcaq”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız