2022-ci il fevralın 24-dən dekabrın 26-dək Ukraynada 6.884 dinc sakin həlak olub, 10.947 nəfər yaralanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ofisinin hesabatında deyilir.
6.884 qurbandan 429-u uşaq, 4052 nəfər isə təkcə Donetsk və Luqansk vilayətlərində öldürülüb. Bundan əlavə, hesabatda Rusiya Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərdə 483 nəfərin öldürüldüyü də bildirilir. Marqarita pizza
Mülki əhali arasında itki və yaralanmaların əsas səbəbləri ağır artilleriyadan atəşə tutulması, reaktiv yaylım atəşi, raket hücumları və hava hücumları olub.
Bundan başqa, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi qeyd edir ki, şiddətli döyüşlər səbəbindən bir sıra yerlərdən məlumat toplamaq çətin olduğundan, faktiki qurbanların və yaralıların sayı xeyli çoxdur. Bu, xüsusilə, Mariupol, İzyum, Lisiçansk, Popasnaya, Severodonetskə aiddir.
Telegram kanalımız