Ukraynaya yeni hərbi yardım: Döyüş təyyarələri, tanklar...

saytların hazırlanması

Evə çatdırılma

Ukraynaya yeni hərbi yardım: Döyüş təyyarələri, tanklar...

Dünya

22 Fevral 2023 08:34 623


Polşa Ukrayna hərbçilərinin təlimi başa çatandan sonra iki-üç həftə ərzində Ukraynaya 14 ədəd “Leopard 2” tankı tədarük edəcək. 

Yenisabah.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukaş Yasina bildirib. O deyib ki, Varşava Ukraynaya döyüş təyyarələrinin də göndərilməsini dəstəkləyir, lakin NATO-nun üzv ölkələri arasında konsensusa gəlmək lazımdır. 

Daha əvvəl ABŞ-nin müdafiə naziri Lloyd Ostin bildirib ki, səkkiz ölkə Ukraynaya tank göndərilməsi məsələsində əməkdaşlıq edir. Bu, Almaniya, Polşa, Kanada, Portuqaliya, İspaniya, Norveç, Danimarka və İngiltərədir. Müttəfiqlər “səkkiz döyüş briqadası” üçün zirehli texnika və tankları Ukraynaya təhvil vermək öhdəliyi götürüblər.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!