ABŞ-ın Ukraynaya növbəti hərbi yardım paketi eskalasiya səviyyəsini artırmaq üçün birbaşa yoldur, lakin bu, hadisələrin gedişatını dəyişməyəcək.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Ondan Ukraynaya tədarük edilən xarici tankların ələ keçirilməsinə görə böyük pul mükafatı təklif edən Trans-Baykal qubernatoru Aleksandr Osipovun təşəbbüsünə Kremlin reaksiyası da soruşulub. pizza hut
Peskov cavabında qeyd edib ki, hazırda bu silahlar hələ Ukraynaya daxil olmayıb.
O, Rusiya biznesi sahəsində də oxşar təşəbbüslərin səsləndiyinə diqqət çəkib:
“Çox güman ki, bu, bir daha hamının birliyini və istəyini, bacardıqca bu və ya digər şəkildə, birbaşa və ya dolayı yolla xüsusi hərbi əməliyyatın gedişinə və əsas məqsədlərə nail olunmasına töhfə vermək istəyindən xəbər verir. ", - prezidentin mətbuat katibi bildirib.
“Bütün bu tanklara gəlincə, artıq dediyimiz kimi, onlar yandırılacaq və belə həvəsləndirici tədbirlər olarsa, düşünürəm ki, həvəskarlar daha çox olacaq”, - deyə Peskov əlavə edib.
Telegram kanalımız