Uşaqlarda boy artımı valideynlərin ən yaxından izlədiyi inkişaf göstəricilərindən biridir. Lakin hər boy qısalığı sağlamlıq problemi demək deyil.
“Yeni Sabah” xəbər verir ki, uşaq endokrinologiyası üzrə mütəxəssis Prof. Dr. Servet Erdal Adal bildirib ki, bu fərqin düzgün müəyyənləşdirilməsi böyük əhəmiyyət daşıyır. O, mövzu ilə bağlı vacib məqamları açıqlayıb:
“Boy qısalığı şikayəti ilə müraciət edən uşaqların əksəriyyəti əslində normal inkişaf həddindədir. Bu halların çoxu ailəvi boy qısalığı və ya gecikmiş yetkinlik dövrü ilə əlaqədardır və adətən müntəzəm nəzarətlə izlənilir. Uşaqların boy və çəki artımı mütəmadi qiymətləndirilməlidir. Yetkinlik dövründən əvvəl uşaqlar ildə orta hesabla 5-7 santimetr boy atır və 2-3 kilo çəki artırır. Bu göstəricilərdən aşağı nəticələr müşahidə edilərsə, səbəblər araşdırılmalıdır. pizza mizza
Mütəxəssis əlavə edib ki, uşaqlar yay aylarında daha sürətli böyüyürlər. Yetkinlik dövründə boy artımı sürətlənir:
“Qızlarda bu dövr ərzində orta hesabla 20 santimetr, oğlanlarda isə 25-30 santimetr boy artımı müşahidə olunur. Böyümə hormonu əsasən gecə saat 22:00-dan 03:00-dək daha intensiv ifraz olunur. Buna görə də uşaqların erkən yatması vacibdir. Həmçinin telefon, planşet və kompüter istifadəsinin də dolayısı ilə bu prosesə mənfi təsir göstərə bilər”.
Qidalanma uşaqların böyüməsində mühüm rol oynayır. Mövsümi tərəvəzlərin, evdə hazırlanmış qatığın, turşuların və təbii qidaların qəbulu boy artımı baxımından əhəmiyyətlidir”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız