Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Uşaqları Qarabağda ölən ermənilər Paşinyandan əl çəkmir
20 Sen 2021 15:02
423

Uşaqları Qarabağda ölən ermənilər Paşinyandan əl çəkmir

Ermənistanda etiraz aksiyaları davam edir. 

“Yeni Sabah” “Hraparak”a istinadədən bildirir ki, artıq bir neçə gündür, küçələrə toplanan çoxlu sayda vətəndaş sabah keçirilməsi planlaşdırılan "rəngarəng" tədbirlərə görə İrəvanın müxtəlif bölgələrində etiraz aksiyası keçirirlər. Vətəndaşlar sabahkı tədbirin ləğv edilməsi tələbində israrlıdırlar.

Qeyd edək ki, bu aksiyalar qardaşı 44 günlük müharibədə həlak olan Tat-Virabyanın rəhbərlik etdiyi yeni "Erməni Hərəkatı"nın təşəbbüsü ilə təşkil olunur.

Bir neçə gün davam edən etirazlar zamanı çox sayda insan saxlanılıb. Etirazçılar hətta dünən gecə hökumət binasının yaxınlığında polislə qarşıdurma da yaşayıblar. Onlar bildirir ki, bir addım belə geri çəkilməyəcəklər və mübarizəni davam etdirəcəklər. Məlumata görə, etirazçılar gün saat 19:00-da eyni tələblə yenidən hökumət binasının qarşısında toplaşacaqlar.

Rafi Müslümov

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər