Uşaqların “Omikron“a yoluxduğunu necə müəyyən etməli?   - Həkim açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Uşaqların “Omikron“a yoluxduğunu necə müəyyən etməli? - Həkim açıqladı

Sosial

16 Yanvar 2022 13:08 1172


Uşaqlarda koronavirusun yeni “omikron” ştamı ən çox bronxiolit simptomlarla özünü göstərir.

Yenisabah.az xəbər verir ki, bu barədə Avropa Tibb Mərkəzinin (EMM) pediatrı Yelena Tısyaçnaya bildirib.

Həkimin sözlərinə görə “omikron” uşaqlarda kiçik bronxların iltihabı, tənəffüs çatışmazlığına, pnevmoniyaya səbəb ola bilər. pizza sifarişi

Terapevt bildirib ki, koronavirusun yeni variantına yoluxmuş uşaqlarda xırıltılı nəfəsalma baş verə, ekshalasiya uzana bilər. Eyni zamanda, xəstəlik fasiləsiz bəlğəmli öskürək, astma tutmaları ilə də müşayiət oluna bilər.

Bəzi hallarda həm “omikron”, həm də “delta”ya yoluxduqda, qusma və ishallın olması mümkündür. Hərarət 38 və ya 38,5 dərəcəyə çatır, lakin nadir hallarda kritik dərəcəyə yüksəlir.\Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!