“Uşaqların peyvənd olunmasına qarşıyam” – Həkim

saytların hazırlanması

Evə çatdırılma

“Uşaqların peyvənd olunmasına qarşıyam” – Həkim

Sosial

04 Noyabr 2021 10:31 922


“Son günlərdə uşaqlar arasında qripə yoluxma çoxalıb. Əlbəttə, uşaqlar arasında da koronavirus xəstələri olur. Heç kim bunu inkar edə bilməz. Lakin uşaqların orqanizmində immun sistem böyüklərlə müqayisədə fərqli olduğuna görə onlarda bu proses 2-3 gün davam edir”.

Bunu Yenisabah.az-a açıqlamasında terapevt Rasif Bağırov deyib.

Onun sözlərinə görə, koronavirusa yoluxan uşaqlar xəstəliyi ağır keçirmir: Toyuqlu pizza

“Uşaqlar bu xəstəliyi adi qrip kimi keçirir. Xəstəlik onların orqanizmindən tez xaric olur, elə də güclü problem yaratmır”.

Həkim vurğulayıb ki, uşaqların ikinci dəfə koronavirusa yoluxma riski yoxdur:

“Uşaqlar arasında vaksinasiyanın aparılması məsələsinə fərqli ölkələrdə fərqli yanaşma var. Məsələn, ABŞ-da 5-11 yaşlı uşaqlar arasında vaksinasiya başlanılıb. Amma Azərbaycanda da uşaqlar vaksinasiya olunacaqsa, onun dozası müəyyənləşdirilməlidir. Bəlkə də ayrıca vaksin hazırlanmalıdır”.

R.Bağırov qeyd edib ki, indiyənə qədər 5-11 yaşlı uşaqlar arasında koronavirusdan ölüm hadisəsi olmayıb. 

“Buna görə də, vaksinasiyanın uşaqlar arasında aparılmasının tərəfdarı deyiləm”.

Nəzrin Vahid

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!