ÜST-dən şad xəbər: Koronavirusdan ölənlərin sayı azalıb

saytların hazırlanması

Evə çatdırılma

ÜST-dən şad xəbər: Koronavirusdan ölənlərin sayı azalıb

Sosial

20 Oktyabr 2021 09:21 636


Son bir həftə ərzində dünyada 2,7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 46 mindən çox insan isə koronavirusdan ölüb.

Yenisabah.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 4 faiz, ölüm hallarının sayı isə 2 faiz azalıb: Sezar pizza

"Oktyabrın 11-dən oktyabrın 17-dək koronavirusa 2 763 957 nəfər yoluxub, 46 140 nəfər isə koronavirusdan ölüb, bu isə öncəki həftə ilə müqaysədə müvafiq olaraq 4 və 2 faiz azalıb".

Bundan əlavə bildirilir ki, ilk dəfə Böyük Britaniyada aşkarlanan "alfa" ştammı 197 ölkədə, "Delta" ştammı 193 ölkədə, "beta" ştammı 145 ölkədə, "qamma" ştammı isə 99 ölkədə qeydə alınıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!