Vacib rəqəmlər açıqlandı -   50 faizdən çox ARTIM VAR

saytların hazırlanması

Evə çatdırılma

Vacib rəqəmlər açıqlandı - 50 faizdən çox ARTIM VAR

İqtisadiyyat

08 Oktyabr 2026 14:07 337


Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı region ölkələri ilə əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

“Yeni Sabah” xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib. Deputat qeyd edib ki, Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq son illər daha da güclənir. Onun sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 208 milyon dollar təşkil edib. Türkmənistan Mərkəzi Asiyada Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşıdır.

Vüqar Bayramovun sözlərinə görə, 2025-ci ildə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında ümumi ticarət dövriyyəsi 1 milyard 765 milyon dolları ötüb. Bu, 2024-cü ildəki 1 milyard 152 milyon dollarla müqayisədə 50 faizdən çox artım deməkdir. Dördpendirli pizza

Deputat bildirib ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın sürətlə inkişaf etdiyi istiqamətlərdən biri də beynəlxalq yükdaşımalar sahəsidir. O qeyd edib ki, Orta Dəhliz vasitəsilə region üzərindən daşınan yüklərin həcmi bu ilin ilk səkkiz ayında 20 faiz artıb.

“Bu, qardaş Türk dövlətlərinin valyuta gəlirlərinin artmasına da imkan yaradır”, – deyə Vüqar Bayramov vurğulayıb.

Deputat hesab edir ki, Prezident İlham Əliyevin Türkmənistana səfəri Azərbaycan-Türkmənistan münasibətlərinin daha da dərinləşməsinə və qarşılıqlı əlaqələrdə yeni səhifənin açılmasına səbəb olacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!