Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Rusiya-Ukrayna münaqişəsinin yaranma səbəbləri və beynəlxalq təhlükəsizlik arxitekturası ilə bağlı diqqətçəkən bəyanat səsləndirib.
“Yeni Sabah” xəbər verir ki, sabiq hökumət başçısı bildirib ki, Ukraynanın Şimali Atlantika Alyansına inteqrasiyası prosesi vaxtında yekunlaşdırılsaydı, regionda genişmiqyaslı hərbi qarşıdurma baş verməzdi. Boris Conson fikirlərini belə ifadə edib:
"Əgər Ukrayna 2014-cü və ya 2022-ci ildən əvvəl NATO-ya qoşulsaydı, bu ölkədəki münaqişənin qarşısını almaq olardı". Məişət texnikası
Siyasətçinin bu açıqlaması Qərb ölkələrinin vaxtilə Ukraynaya münasibətdə tutduğu ehtiyatlı mövqe və alyansın genişlənməsi ətrafında gedən siyasi müzakirələr fonunda xüsusi rezonans doğurub.
Nazim Hacıyev
Telegram kanalımız