6 il əvvəl azad olunan Kəlbəcərin bugünkü mənzərəsi

saytların hazırlanması

Evə çatdırılma

6 il əvvəl azad olunan Kəlbəcərin bugünkü mənzərəsi

İqtisadiyyat

25 Noyabr 2026 09:32 58


Azərbaycanın zəngin təbiəti və strateji əhəmiyyəti ilə seçilən Kəlbəcər rayonunun işğaldan azad edilməsindən 6 il ötür. Hər il olduğu kimi, bu il də 25 noyabr tarixi Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.

“Yeni Sabah” xəbər verir ki, 2020-ci il noyabrın 25-də azadlığına qovuşan rayonda hazırda genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Əlamətdar gün münasibətilə Kəlbəcər rayonunun cari il üzrə əsas sosial-iqtisadi göstəriciləri də ictimaiyyətə təqdim edilib.

Rəsmi statistikaya əsasən, 2026-cı ilin yanvar-oktyabr aylarında rayonda 12 milyon 31,3 min manat dəyərində sənaye məhsulu istehsal olunub. Həmin dövrdə kənd təsərrüfatı məhsullarının ümumi istehsal dəyəri isə 61 milyon 649 min manat təşkil edib ki, bunun 46,7 min manatı bitkiçilik, 61 milyon 602,3 min manatı isə heyvandarlıq məhsullarının payına düşüb. Bakıda online alış-veriş

Bundan əlavə, 2026-cı ilin yanvar-sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı məqsədilə əsas kapitala 487 milyon 111 min manat həcmində investisiya yönəldilib.

Məşğulluq göstəricilərinə gəldikdə isə, 2026-cı il oktyabrın 1-i vəziyyətinə rayonda muzdla çalışan işçilərin sayı 5,5 min nəfər, onların orta aylıq nominal əməkhaqqı isə 754,3 manat səviyyəsində qeydə alınıb. Eyni zamanda, bu ilin ilk 9 ayı ərzində Kəlbəcərdə 148 yeni iş yeri açılıb.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!