Valideyn üsyan etdi: “Oğlumu məktəbdən qovublar” -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Valideyn üsyan etdi: “Oğlumu məktəbdən qovublar” - VİDEO

Sosial

06 Oktyabr 2026 12:28 79


Ucarda valideyn övladının qanunsuz şəkildə məktəbdən kənarlaşdırıldığını iddia edir.

"Yeni Sabah" xəbər verir ki, Nərmin Xəlilovanın sözlərinə görə, oğlu əvvəllər Ucar şəhər 1 nömrəli məktəbdə təhsil alıb və dərslərə davamiyyəti normal olub.

O bildirib, uşaq üzrlü səbəb olmadan dərslərdən qalmayıb, buna baxmayaraq, məktəbdən kənarlaşdırılıb. Pepperoni pizza

Valideynin iddiasına görə, işlə əlaqədar bir müddət İsmayıllı rayonunda yaşamalı olub və buna görə övladını oradakı məktəblərdən birinə yerləşdirib. Lakin kirayə və digər xərclərin çox olması ucbatından yenidən Ucara qayıdıb.

N.Xəlilova deyib ki, sentyabrın 15-də oğlunun əvvəlki məktəbinə müraciət edərək onun təhsilini davam etdirməsini istəyib. Lakin məktəbdən uşağın qəbul edilməyəcəyi bildirilib. Valideyn məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət edib, lakin hələlik nəticə əldə edə bilməyib. O, aidiyyəti qurumlardan övladının təhsil hüququnun təmin olunmasını və məktəbə qaytarılmasını istəyir.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən isə “Xəzər Xəbər”ə bildirilib ki, səsləndirilən iddialarla bağlı idarə tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!