Valideynlərdən Emin Əmrullayevin erkən təhsillə bağlı fikrinə   MÜNASİBƏT

saytların hazırlanması

Evə çatdırılma

Valideynlərdən Emin Əmrullayevin erkən təhsillə bağlı fikrinə MÜNASİBƏT

Sosial

06 Oktyabr 2021 23:31 1113


Xəbər verdiyimiz kimi, ötən günlərdə təhsil naziri Emin Əmrullayev "altı yaş zənnimcə gecdir, məktəb yaşının beş yaşa qədər azaldılmasına çalışmalıyıq" açıqlamasını verib.

Yenisabah.az xəbər verir ki, açıqlama valideynlər arasında çaşqınlıq yaradıb.

Belə ki, valideynlərin bir çoxu uşaqların bu yaşda məktəbə getməyini düzgün qarşılamadığını, uşaqların həmin yaş dövründə məktəbə adaptasiya olunmaqlarının daha çətin olduğunu bildirib.  pizza hut

İctimai TV məsələ ilə bağlı valideynlər arasında sorğu keçirib. 

Valideyn Natiq Şıxəliyev bildirib ki, uşaqların dörd yaşında hazırlığa, beş yaşında məktəbə getməsi düzgün deyil.

Məsələ ilə bağlı təhsil eksperti bildirib ki, erkən təhsilə keçmək mümkündür. Lakin sistemdə bir sıra dəyişikliklər edilməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!